XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 21:01

İranın müdafiə naziri:“Tehran ABŞ-la əməkdaşlıq etməyi planlaşdırmır”

huseyn-deqhan

Rəsmi Tehran Suriyadakı addımlarını heç vaxt Vaşinqtonla əlaqələndirməyib və gələcəkdə də ABŞ-la  əməkdaşlıq etməyi planlaşdırmır.

Bu barədə  İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.  

O, qeyd edib ki, ABŞ və onun müttəfiqləri nəinki silahlılarla mübarizəni aktivləşdirmək niyyətində deyillər, hətta öz məqsədlərini güdərək, onları dəstəkləməyi planlaşdırırlar.  

“Biz İŞİD-lə mübarizədə onların həqiqətən faydalı və ciddi rol oynamağa hazır olduqlarını görmürük, çünki onlar özləri terrorçuları formalaşdırıblar və onların fəaliyyətində maraqlıdırlar. Ola bilsin ki, koalisiya qüvvələri terrorçuların zəifləməsini istəyirlər, lakin onların məhv edilməsində maraqlı deyillər. Terrorçular bu bölgədə və dünyanın digər regionlarında stabilliyi pozmaq üçün istifadə olunan bir alətdir”, – deyə Dehqan qeyd edib.     

Onun fikrincə, Tehran və Moskva Suriyada silahlılarla mübarizə proqramını Ankara ilə razılaşdıracağı təqdirdə, bu ölkədə vəziyyət yaxşılaşaq.  (APA)