XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 10:51

“Zirə” baş məşqçisiniistefaya göndərdi

“Zirə”də baş məşqçi dəyişikliyi baş verib.

Apasport.az-ın klubun rəsmi sayına istinadən məlumatına görə, Adil Şükürov tutduğu postdan ayrılıb.

Belə ki, bu gün klub rəhbərliyi və Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib. Müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan Kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin olması haqda qərar qəbul edilib.

Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Premyer Liqada hazırki gərgin vəziyyət nəzərə alınaraq, bu vəzifə mövsümün sonuna qədər komandanı yaxından tanıyan, klub strategiyasına bələd olan Ayxan Abbasova həvalə olunub.

Ötən mövsüm əsas komandada məşqçi olan Abbasov cari mövsümün əvvəlindən əvəzedici komandanın baş məşqçisi vəzifəsində çalışıb. Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq.

"Şükürov bundan sonra da klubda fəaliyyətini davam etdirəcək. Onun komandanın həm formalaşmasında, həm də Premyer Liqada ilk mövsümdəcə gümüş medalları qazanmasında böyük əməyi keçib. Klub rəhbərliyi bu dəyişiklikdən sonra da Şükürovun xidmətindən yararlanmaq niyyətindədi. Belə ki, çalışdırıcı bundan sonra Akademiyanın koordinatoru vəzifəsində çalışacaq" – deyə məlumatda bildirilir.