XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 13:38

Rusiya və Türkiyə Suriyada atəşkəs barədərazılığa gəlib

rus-turk

Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib.

Bu barədə “Anadolu" agentliyi məlumat yayıb. Planın Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur.

Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq.

Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq.   (APA)