XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 14:39

“Azərenerji” gücləndirilmiş iş rejimində işləyəcək –Bayramla bağlı

elektrik

"Azərenerji" ASC bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq.

Dövlət şirkətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib ki, elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sisteminin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib: "İstər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Məhz bunun təzahürüdür ki, "Azərenerji" respublikamızın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması vəzifəsinin öhdəsindən inamla gəlir".

O qeyd edib ki, "Azərenerji" stabil olaraq, bütün vaxtlara və şəraitə həmişə hazırdır. Mərkəzi Dispetçer İdarəsi rejimə uyğun işləyir: "Həmçinin, hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji"nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib".

ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədi ilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb. Dövlət şirkətinin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.

APA