XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2016 - 15:44

Təhsil Nazirliyindən öz ixtisasından “0” qiymət alan müəllimlərlə bağlı –Açıqlama

tehsil-nazirliyi-manset

Cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb.

Bildirilir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb.

Strateq.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında aydınlıq gətirib: "Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa Facebook postu olan bu "məlumatlar” həqiqəti əks etdirmir”.

C.Valehov deyib ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub: "Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.