XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2016 - 18:18

Nazir:“Teatr yaradıcı proseslərdən daha çox, məişət məsələləri ilə bağlı diqqəti cəlb edirdi”

%c9%99bulf%c9%99s

”Teatr həyatında müxtəlif mərhələlər var. Çətin və asan məqamlar mövcuddur, sınaqlardan və əziyyətlərdən keçirik, sonra böyük uğurlara nail oluruq”. 
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyində deyib.

Nazir bildirib ki, keçən il ərzində bir neçə məqam olub ki, Mədəniyyət və Turizm Nazirliyinin kollektivi teatrla bağlı çox böyük həyəcan keçirib: “Çünki teatrın fəaliyyəti bəzən yaradıcı proseslərdən daha çox, məişət və hansısa xırda məsələlərlə bağlı diqqəti cəlb edirdi. Bu il ərzində isə Azərbaycanın əksər teatrlarında bir neçə tamaşa qoyuldu və bunlar yeni böyük mədəniyyət hadisələrinə çevrildilər. Bu, artıq teatr haqqında dövlət proqramının məntiqi nəticəsidir”.  (APA)