XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 13:01

Vəkillər “yanan bina” ilə bağlı ittiham olunanlara bəraət istəyib

bina-yanan-bine

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Akif Əlibəyovun, Qəzənfər Novruzov və Ağacavad Məmmədovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. (APA)

 Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Proses yanvarın 10-da davam edəcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

 Prokuror yanan binanın üzlənməsində istifadə edilən “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun 10  il, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun 7 il,  "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovun 7 il, Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya sabiq rəhbəri Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il  müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.