XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 13:38

Həbsdə olan MTN generalları üzərində keçiriləcək məhkəmənin tarixi açıqlandı

mtn-bina-5.jpg

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-na təyin edilib. Məhkəmə prosesi Yasamal rayon Məhkəməsində keçiriləcək. Buna səbəb isə Bakı Hərbi Məhkəməsində şəraitin olmamasıdır. (APA)