XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 14:41

MTN-nin şöbə rəisininməhkəməsi başlayıb

mtn-2

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun məhkəməsi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası yanvarın 13-də davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.  (APA)