XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 15:42

Prezident Səlim Müslümova büdcə gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görməyi tapşırdı –FƏRMAN

ilham-0

Prezident  İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, adıçəkilən qanun 2016-cı il 16 dekabr tarixindən qüvvəyə minib. Bu qanuna əsasən  “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Maliyyə Nazirliyinə 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etmək tapşırılıb.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2017-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə almaq tapşılırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirmək tapşırılıb.