XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 16:59

Şimali Koreyada 340 nəfər edam olunacaq –Yüksək rütbəli zabitlər, hərbçilər, hakim partiyanın üzvləri...

kim

Şimali Koreya Xalq Respublikasının lideri Kim Çen In 340 nəfərin edam edilməsinə dair göstəriş verib.

Onların arasında hökumətdə yer alan 140 yüksək rütbəli zabit, hərbçilər və hakim partiyanın üzvləri var. 

Cənubi Koreyada yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutu hesab edir ki, Şimali Koreya lideri öz hakimiyyətini gücləndirmək üçün edamlardan istifadə edir. Edam edilənlər arasında Kim Çen Inın qayını, Milli Müdafiə Şurasının sədr müavini Çan Sonq Taek də var.
 

Qeyd edək ki, Şimali Koreya lideri Yeni il bayramını qeyd etməyi qadağan edib. Onun qənaətinə görə, xalq İsa peyğəmbərə yox, onun öz nənəsinə sitayiş etməlidir.   (APA)