XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 17:05

Qənirə Paşayeva:“Tovuz istiqamətində baş verən hadisə birbaşa Ermənistanın təxribatıdır”

qenire

“Bu gün Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır. Tovuzla, aidiyyatı qurumlarla tez-tez danışırıq. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb,sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyublar.

Strateq.az bildirir ki, bu barədə Milli Məclisin üzvü, Tovuz rayonundan seçilmiş deputat Qənirə Paşayeva bildirib.

Deputat qeyd edib ki, işğalçı Ermənistan və onların havadarları hər zaman olduğu kimi yenə də yalan idddialarla Azərbaycanı günahlandırmağa çalışırlar: “Bu ilk hadisə deyil,son zamanlar Tovuz istiqamətində və digər istiqamətlərdə işğalçı ölkənin ordusu dəfələrlə təxribatlara əl atıblar amma hər dəfə də ordumuz layiqli cavabını verib. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin təmsilçiləri ümumi açıqlamalar verməkdənsə işğalçı ölkədən işğalı bitirməsini tələb etsələr o zaman münaqişə də həllini tapa bilər”.

Deputat KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatını tənqid edib: “Bir az əvvəl oxudum ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb. Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi…