XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 17:43

Nazirlik:"Azərbaycanda qripə yoluxma vəziyyəti epidemioloji hədd daxilindədir"

s%c9%99hiyy%c9%99

Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: “İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar”.

V. Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.