XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 19:26

Neft Fondunun illik xərclər smetasının layihəsi Prezidentə təqdim edilib

neft fondu

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2017-ci il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2017-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda eyni zamanda Fondun İcraçı direktoru tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”ına dəyişikliklər edilməsi haqqında təqdim edilmiş məlumatlara baxılaraq təklif olunan dəyişikliklər məqbul hesab edilib və təsdiq olunması üçün Azərbaycan Prezidentinə təqdim olunmasına qərar verilib.