Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı olub.
Tərəflər Suriyada əldə olunmuş atəşkəs razılaşmasını və Astanada keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.
Prezidentlər atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.
Tərəflər Suriyahökuməti və mötədil müxalifət arasında Rusiya və Türkiyə vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan məmnun olduqlarını ifadə ediblər. (APA)