XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 21:58

Ərdoğan Suriyada atəşkəs rejiminin əldə olunmasınıalqışlayıb

erdogan-9

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada atəşkəs rejiminin əldə olunmasını alqışladığını, ölkəsinin İŞİD və digər terror qruplaşmaları ilə mübarizəni davam etdirəcəyini bildirib.  

Ərdoğan bu imkanı əldən buraxılmamasının  vacibliyini qeyd edib: “Mən atəşkəsin əldə olunmasında, Rusiya da daxil olmaqla, bütün tərəflərə təşəkkür edirəm”.

Ərdoğan Astanada keçiriləcək müzakirələrin Cenevrə danışıqlarını tamamlayacağını qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalandığını bildirib.

O bildirib ki, münaqişə iştirakçıları sülh danışıqlarına başlamağa hazırdırlar: “Ümumilikdə 3 sənəd imzalanıb. Birincisi Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəsin elan olunmasına dair sənəddir. İkincisi atəşkəs rejiminə nəzarətlə bağlı tədbirlər kompleksidir. Üçüncüsü isə Suriya münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına başlamağa hazırlıqla bağlıdır”.  (APA)