XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2016 - 10:58

Məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək –Yanvarın 1-dən sonra

korp%c9%99

Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib.   (APA)