XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 11:05

Ermənistanda istehsal olunan spirtli içkilər müsadirə olunub –Azərbaycanda

dgk

Rusiyadan Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, BBGİ əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və İdarədə gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçiriblər. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistanda istehsal edilib) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.  (APA)