XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 12:42

Strateji Yol Xəritəsi:"Azərbaycanda dövlət qurumları arasında kağız yazışmaları ləğv ediləcək"

memurlar

Azərbaycanda dövlət qurumları arasında kağız yazışmaları ləğv ediləcək.

Bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Sənəddə qeyd olunur ki, dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması məqsədi ilə kağız daşıyıcılarda sənədləşmə tələbinin tədricən ləğv edilməsi ilə bağlı atıla biləcək addımlar təhlil ediləcək.

Eyni zamanda, bu dövrdə dövlət və özəl sektor arasında əlaqələrdə internet üzərindən elektron alətlər vasitəsilə göndərilə və ya onlayn doldurula bilən ərizələr, formalar, blanklar, e-qaimələr və hesabatların istifadəsi təşviq ediləcək.

APA