XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 13:33

Metro stansiyalarının 31 dekabrda iş qrafiki dəyişdirildi –Qatarlar gecə 02.30-dək işləyəcək

baki-metropoliteni

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının iş qrafikində dəyişiklik edib.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır:

"Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".