XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2016 - 17:45

Şəkidə hüquq-mühafizə orqanları əməkdaşları üçün məişət zorakılığı mövzusunda təlim keçirilib

dscn4448

Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri  “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində növbəti təlim Şəki raynonunda baş tutub.  rayonunda keçirilib.

Təlim kursu 15  saat təşkil edib və 3 gün müddətində iştirakçılara “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları”  mövzularında öz biliklərini artırmaq imkanı əldə ediblər.  Bu mövzuları əhatə edən 5 təlim modulu və təlim vəsaiti iştirakçılara paylanıb.

Yerli polis, prokurorluq,  məhkəmə, ədliyyə və  icra hakimiyyəti  orqanları əməkdaşlarının məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi barədə bilikləri inkişaf etdirilib.

Təlim iştirakçıları milli və beynəlxalq qanunvericilikdə məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında qanunvericiliyin nəzərdə tutuduğu hallarda müdaxilə imkanlarını öyrəniblər.

İştirakçılar məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması sahəsində bacarıqların artırılması üçün praktik məşğələlərdə iştirak ediblər.

 “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.

Layihə çərçivəsində Şəkidə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa təşkil olunub.

Şəki şəhər 20 saylı tam orta məktəbdə məişət zorakılığı sağlam ailə modelinin formalaşmasına maarifçilik fəaliyyətləri ilə yardım göstərilməsi məqsədilə 10-11 sinif şagirdləri ilə görüş də keçirilib.

dscn4583

dscn4546

dscn4501

Strateq.az