Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması haqqında məlumat daxil olub.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, qayıqda olan 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalıb.
Dərhal əraziyə FHN-nin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər.