XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 20:02

Fikrət Məmmədov 3 rayondan vətəndaşları qəbul etdi,tapşırıqlar verdi

fikret-qebul-oguz

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Oğuz rayonunda Oğuz, Qəbələ və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Strateq.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara daim qayğı və nəzakətlə xidmət göstərilməsi, bu zaman etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, əmək və icra intizamının möhkəmləndirilməsi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

Nazir, həmçinin respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatmaqda olan Qəbələ Rayon Məhkəməsinə baş çəkərək son tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.