XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 23:08

Lavrovla Çavuşoğlu Suraya ilə bağlı telefonda müzakirə aparıb –Zaxarovadan açıqlama

zaxarova

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla danışıb.

Nazirlərin danışığı barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar Suriyada imzalanan atəşkəs ilə bağlı olub.

“Tərəflər Suriyada dekabrın 30-da hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığı müzakirə ediblər. Nazirlər sənədin müddəalarının həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin müzakirəsini davam etdiriblər. Bütün müxalifət qruplarının atəşkəs rejiminə əməl etməsinin vacibliyi və Astana görüşü ərəfəsində konstruktiv yanaşma nümayiş etdirilməsinin vacibliyi vurğulanıb”, – deyə, Mariya Zaxarova bildirib.

Qeyd edək ki, ötən gün Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

Ölkə.az