XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 11:58

Saatlıda idarə rəisininmeyiti tapılıb

Saatlı Su Kanal idarəsinin rəisi Üzeyir Kazımovun meyiti tapılıb.

Yaxınlarının verdiyi məlumata görə, Ü.Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü.Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.

Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerinə gec gəlməsi mərhumun yaxınlarının narazılığına səbəb olub(apa).