XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2016 - 14:02

Naxçıvan MR Dövlət Gömrük Komitəsi:"Ermənistan istehsalı olan 4 adda 332 ədəd mal məhv edilib"

gomruk

Ümumilikdə, 2016-cı ildə keyfiyyət göstəriciləri aşağı olduğundan və standartlara uyğun olmadığından 71 tondan artıq müxtəlif ərzaq və qida məhsulu Naxçıvan Muxtar Respublikasına buraxılmadan geri qaytarılmış, mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyindən saxlanılmış 10 tondan artıq mal yandırma üsulu ilə məhv edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri, daha çox uşaqların istifadə etdiyi qida məhsulları da yer alıb. Məhz 2000 ədəd meyvə şirəsi keyfiyyəti standartlara cavab vermədiyindən, 150 ədəd uşaq yeməyi, 36 kq müxtəlif markalı şirniyyatlar, 20 kq ədviyyat istifadə müddəti bitdiyindən saxlanılıb və məhv edilib. Müvafiq dövlət orqanlarından xüsusi icazə sənədi alınmadan gətirilən 3530 ədəd qaz balonu, 34 adda müxtəlif dərman preparatları, o cümlədən psixotrop dərmanlar, istifadə müddəti bitdiyindən 230 ədəd şampun da məhv olunub. Milli mentalitetə mənfi təsir göstərən ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizə də diqqətdə saxlanılıb, əxlaq qaydalarına zidd olan  99 ədəd CD və 4 nüsxə jurnal da yandırılıb.

Milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində tədbirlər də davam etdirilib. Gömrük sərhəd buraxılış məntəqələrində saxlanılmış 20 ədəd beşbarmaq, 10 ədəd bıçaq və10 ədəd qılınc da xüsusi qaydada məhv olunub. İşğalçı Ermənistan Respublikasına aid 4 adda, ümumilikdə 332 ədəd mal, o cümlədən tütün məmulatları da məhv edilib.

Gömrük orqanları tərəfindən xarici ölkələrdən muxtar respublikaya satış məqsədilə köhnə mebel və məişət avadanlıqlarının, geyim əşyalarının gətirilməsinə qarşı mübarizə gücləndirilmiş, bu günlərdə 43 ədəd köhnəlmiş maşın şini və xeyli miqdarda istifadə olunmuş məişət avadanlıqları və ev əşyaları saxlanılıb.  (APA)