ABŞ Rumıniya və Bolqarıstanda hərbi təlimlərə başlayib.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, əməliyyat “Atlantik cəsarəti” (“Atlantic Resolve”) adlanır.
173-cü hava desantı briqadasının hərbçiləri çərşənbə günü rumın müttəfiqləri ilə əlaqəli manevrlər üçün Rumıniyanın Smardan poliqonuna eniblər.
Ağır texnikaya malik 200 desant bölməsi və Rumıniyanın quru qoşun hissələri hədəfi tutmaq uğrunda əlaqəli əməliyyat, həmçinin artilleriya atəşi təşkil ediblər.