XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2017 - 02:45

BMT TŞ Moskva və Ankaranın Suriyaya dair qətnaməsiniyekdilliklə qəbul edib

bmt-1

BMT Təhlükəsizlik Şurası dekabrın 31-də Suriyada atəşkəsin tətbiq edilməsinə dair Rusiya və Türkiyənin təklif etdiyi  qətnaməni  yekdilliklə qəbul edib. 

BMT TŞ əldə olunmuş razılaşmaları nəzərə alaraq, Rusiya və Türkiyənin Suriyadakı səylərini dəstəklədiyini bəyan edib. 

TŞ üzvləri Cenevrədə fevralın 8-də baş tutacaq Suriya danışıqları ərəfəsində Astanada keçiriləcək görüşün vacib addım olduğunu qeyd ediblər. 

Bundan başqa, BMT TŞ  Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünü dəstəklədiyini təstiqləyib.   (APA)