XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 08:23

Təslim olan erməni əsgərin anası danışdı

Azərbaycan ordusuna təslim olan erməni əsgər Andranik Qriqoryanın valideynləri danışıb.
Andranikin anası Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. “Niyə əhvalın xarabdır?” sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.
Qriqoryanın yaşadığı Azərbaycanın Xocavənd rayonunun Berdaşen kəndinin qondarma icra nümayəndəsi isə mətbuata açıqlamasında Qriqoryanı təhqir edib:
“Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf adamı sayırlar. Əgər o, doğrudan da belə anormal hərəkət edibsə, erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir şey deyə bilərəm: onun ağlı yerində deyil”.
Amma kənd sakinlərinin çoxu “Andraniki necə adam kimi tanıyırsınız?” sualına “yaxşı, normal” cavabları veriblər.
Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu bildirir. Müdafiə Nazirliyi əsgərin öz hərəkətini əsaslandıran videosunu da yayıb. Qriqoryan orada deyir: “Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram… Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.