XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2017 - 14:12

ATƏT-in fəaliyyətdə olan sədri:"Həlli uzadılmış münaqişələrin nizamlanması Avstriyanın sədrliyi dövründə prioritet olacaq"

sebastyan

 ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması Avstriyanın bu il quruma sədrliyi dövründə üç başlıca prioritetdən biri olacaq.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

O qeyd edib ki, ATƏT quruma üzv olan ölkələrin ərazilərindəki ümumi təhlükəsizlik üçün təhlükə olan münaqişələrin stabil siyasi həllinin təmin edilməsi və gərginliyin aradan qaldırılmasına yardım etmək üçün bütün zəruri alətləri təqdim edə bilər.

"Açıq və konstruktiv dialoq, etimadın qurulması tədbirləri də etibarlı əməkdaşlıq kimi bunun üçün əsas ola bilər" , – deyə o əlavə edib.

O bildirib ki, Avstriyanın quruma sədrliyi dövründə digər iki prioritet məsələ qarşılıqlı etimadın bərpası və gənclər arasında artan radikalizm və ekstremizmə qarşı mübarizə aparmaq olacaq.

Avstriyanın XİN rəhbəri ölkəsinin ATƏT-ə sədrliyi dövründə üstünlük verəcəyi prioritetləri yanvarın 12-də Vyanada quruma təqdim edəcək.  (Report)