XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2017 - 17:17

Türkiyədə kritik təhlükəsizlik toplantısı sona çatıb –İstanbulda baş verən terror hücumu müzakirə olunub

kritik-toplanti

Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılığı ilə keçirilən təhlükəsizlik toplantısı sona çatıb.

1 saat 40 dəqiqə davam edən yığıncaqda İstanbulun Beşiktaş rayonunda baş verən terror hücumu müzakirə olunub.

Dolmabaxça sarayında baş tutan toplantı mətbuata qapalı şəkildə keçirilib.
Toplantıya baş nazirin müavini Numan Qurtulmuş, Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Rəcəb Akdağ, İstanbul valisi Vasip Şahin və İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışqan qatılıb.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.  (Axar.az)