XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 18:20

ABŞ kəşfiyyatı İstanbul terrorundan xəbərdar olub? –“Sözlərim tamamilə təhrif olunub, içim qan ağlayır"

m%c9%99hm%c9%99d

İstanbulda 39 nəfərin həlak olduğu “Reina” gecə klubunun sahibi Məhməd Qoçarslan mətbuata açıqlama verib.

İş adamı daha öncə verdiyi açıqlamada fikirlərinin təhrif olunduğunu deyib:

“Sözlərim tamamilə təhrif olunub. İçim qan ağlayır, insanlarımız ölüb. Ölənlər arasında mənim dostlarım, qonaqlarım var idi. ABŞ kəşfiyyatı mənə məlumat ötürməyib. 29 oktyabrda öz vətəndaşlarına etdiyi xəbərdarlığı xatırlatmışam. Polis nəzarəti çox güclü olub. İşçilərim belə iş yerinə xüsusi yoxlanışdan sonra gəlib çıxa bilib. Bütün bunlara baxmayaraq, xain hücum baş verdi”.

Xatırladaq ki, “Hürriyət” qəzeti ABŞ kəşfiyyatının hücumdan xəbərdar olduğunu, hadisədən 10 gün öncə Məhməd Qoçarslana bu barədə məlumat verildiyini iddia edib.

İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.   (Axar.az)