Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir.
Avqustun 24-dən başlayan “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in mövqelərinə havadan və qurudan zərbələr endirilib.
Terror qruplaşmasına məxsus 103 hədəf məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunur ki, artilleriya zərbələri nəticəsində 22 terrorçu zərərsizləşdirilib. (APA)