XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2017 - 18:28

Barak Obama vida çıxışı edəcək –Yanvarın 10-da

obama

ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqo şəhərində vida müraciəti ilə çıxış edəcək.

Bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.  

“Mənim üçün bu müraciət gözəl səyahətə görə sizə təşəkkür  etmək, son səkkiz il ərzində ölkəni yaxşılığa doğru dəyişdiyiniz üçün seçdiyiniz yolları qeyd etmək və bundan sonra ölkəmizin hara gedəcəyinə dair bəzi fikirləri səsləndirmək üçün gözəl  fürsətdir", – deyə Obama bildirib.

Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın daxili siyasətə aid bir çox təşəbbüslərinin üstündən xətt çəkəcəyini açıqlayıb.

APA