XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 21:19

Trampın köməkçisi:“Kəşfiyyat Xidməti Rusiyanın haker hucumu barədə inandırıcı subutlar təqdim etməyib”

tramp-2

"ABŞ kəşfiyyat xidmətləri hazırkı ana qədər seçilmiş prezident Donald Trampa Rusiyanın əli olduğu haker hucumları barədə inandırıcı subutlar təqdim etməyib".

Strateq.az bildirir ki, bu barədə “Foks Nyus” telekanalına müsahibəsində Trampın keçid komandasının nümayəndəsi, namizədliyi Ağ Evin mətbuat katibi postuna  irəli sürülmüş Şon Spayser bildirib.

O qeyd edib ki, Tramp hər gün komandanın milli təhlükəsizlik üzrə üzvləri  və digər kəşfiyyat qurumları tərəfindən təşkil edilən brifinqləri dinləyir. “Lakin hazırda belə görünür ki, Rusiyanın ABŞ-ın siyasi strukturlarına kiberhucumu barədə kəşfiyyatın əlində dəlil- subutlar yoxdur”.

Trampın köməkçisinin sözlərinə görə, seçilmiş prezident və onun komandası Amerika hakimiyyətindən “yekun məruzə gözləyir”. Bu yekun hesabatda ya Rusiyanın kiber hucumu haqqında konkret subutlar olmalı, yaxud deyilməlidir ki, kəşfiyyat yalnız “ümumi şəkildə hesab edir ki, bu hucumlar Moskvadan təşkil ola bilərdi".