XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 09:53

Suriya müxalifətindən Qazaxıstan “sürprizi” –12 təşkilat bəyanat yaydı

suriya-555

Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq qərarına gəlib. 

APA-nın xəbərinə görə, bu barədə “Al-Arabiya” telekanalı məlumat verib.

Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib. 

“Biz 2017-ci il, yanvarın sonunda Astana şəhərində keçiriləcək danışıqlara hazırlıqla bağlı bütün əlaqələri dondururuq”, -bəyanatda qeyd olunub.

Sənəddə  bildirilir ki, Suriya ordusu ilə rəsmi Dəməşqi dəstəkləyən qüvvələr Hama, Deraa əyalətləri və Şərqi Quta regionunda atəşkəs rejimini dəfələrlə pozublar.

Dekabrın 29-da Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb. Atəşkəs rejimi dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minib. Bu ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə çoxtərəfli sülh danışıqlarının keçiriləcəyi planlaşdırılır.