XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2017 - 11:08

Türkiyə ordusundan İŞİD -ə hava zərbəsi:18 terrorçu məhv edilib

f16

Türkiyə ordusunun Suriya ərazisində İŞİD başqa olmaqla digər terror təşkilatlarına qarşı keçirdiyi əməliyyatlar çərçivəsində 18 İŞİD üzvü zərərsizləşdirilib.

Bununla bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Suriyanın şimalında havadan və qurudan endirilən zərbələr nəticəsində 18 İŞİD üzvünün  məhv edildiyi, 37 terrorçu yaralandığı açıqlanıb.

Bu, avqustun 24-dən başlanan və hələ də davam edən “Fırat Kalkanı” əməliyyatı çərçivəsində baş tutub.  (APA)