XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 23:44

Efiopiya və Qazaxıstan BMT Təhlükəsizlik Şurasınıntərkibinə daxil olub

bmt-ts

Cari ilin 1 yanvar tarixindən Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveç BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri siyahısına daxil olub.

Onların səlahiyyət müddəti iki ildir.

Maraqlıdır ki, İsveç quruma daxil olan kimi Təhlükəsizlik Şurasının sədri postunda yer alıb.

BMT TŞ təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi əvəzlənir.  (Report)