XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 15:39

ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən180 mln. dollar alacaq

katib-abs

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə təyin etdiyi Reks Tillerson əvvəlki iş yerindən – “ExxonMobil” şirkətindən 180 mln. dollar alacaq. 

Xatırladaq ki, R.Tillerson bundan əvvəl ABŞ-ın və dünyanın aparıcı neft şirkətlərindən biri olan “Exxon Mobil”in Direktorlar Şurasının (DŞ) sədri olub. O, dövlət işinə keçməsi ilə əlaqədar şirkətdəki vəzifəsindən istefa verib və 41 illik iş yerindən ayrılıb. 

“ExxonMobil”in R.Tillersona ödəmək istədəyi məbləğ vaxtilə ona pensiya çıxacağı halda vəd edilmiş məbləğdən cəmi 7 mln. dollar azdır. Bu arada sabiq DŞ sədri həmçinin yaxın 3 il ərzində ona ödənilməsi nəzərdə tutulan 4,1 mln. dollar bonusdan imtina edib.  (Report)