XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 17:45

Ərdoğan:“Türkiyədə heç kimin həyatı təhlükədə deyil”

%c9%99rdogan-1

İstanbulda və Türkiyənin digər bölgələrində törədilən terror aktlarının hədəfi ölkə vətəndaşları arasında parçalanma yaratmaqdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 33-cü Muxtarlar toplantısında deyib.

Onun sözlərinə görə, Türkiyə terrorla mübarizədə heç vaxt təslim olmayacaq və mübarizəsini davam etdirəcək:

“Türkiyədə heç kimin həyatı təhlükədə deyil. Buna əsla izn vermərik. Buna 14 illik iqtidarımızda yol vermədik. Əksini iddia edən varsa, ortaya sübut qoysun.Bu gün Türkiyə yeni istiqlal mübarizəsi aparır. Bu mübarizəni qazansaq, 2023-cü il hədəflərinə çatacağıq”.

Ərdoğan qeyd edib ki, rəsmi Ankaranın başqa ölkələrin daxili işlərinə müdaxilə elədiyi haqda deyilənlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, Türkiyə regionda sabitliyin bərpa edilməsi üçün əlindən gələni edir.  (Axar.az)