XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 17:39

“Qarabağ”ın Antalya toplanışındakıilk rəqibi dəyişib

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" Türkiyənin Antalya bölgəsindəki qış təlim-məşq toplanışına yanvarın 5-dən start verəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk yoxlama oyununu yanvarın 15-də olacaq.

Həmin gün rəqib Türkmənistan "Aşqabad"ı yox, Albaniyanın ən titullu klublarından sayılan "Şkenderbeu" olacaq. "Aşqabad"ın Antalyaya gəlişi sual altına düşdüyündən, "Qarabağ" başqa komanda ilə oynamağa qərar verib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi yanvarın 18-də Rumıniyanın “Styaua”, yanvarın 22-də isə Qazaxıstanın “Atırau” və Polşanın “Termalitse” klubları ilə üz-üzə gələcək.