XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 23:43

Ağ Ev:“ABŞ-da səhiyyə islahatının ləğvi xaos yaradacaq”

cos

Səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.

Bunu prezident Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.

“İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. “Obamacare”-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək”, deyə C.Ernest bildirib.

Onun sözlərinə görə, islahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.

Bu gün  ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.  (APA)