Gürcüstanın qərbində, Perevisa kəndində yerləşən manqan şaxtasında partlayış baş verib.
İnsident nəticəsində 2 fəhlə xəsarət alıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, “Çiaturmarqanets” Səhmdar Cəmiyyətinə məxsus şaxta “Georgian American Alloys Inc.” şirkəti tərəfindən idarə olunur. (APA)