XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2017 - 10:31

Ötən il Azərbaycanı tərk etmiş Fransa şirkəti geri qayıtdı –“Technip” SOCAR-la yeni müqavilə imzaladı

texnip

Fransanın enerji xidmətləri göstərən «Technip» şirkəti Azərbaycan Dövlət Neft Şirkətiylə –SOCAR-la yeni müqaviləyə imza atdığını elan edib.

Strateq.az bildirir ki, bu barədə Azadlıq radiosu məlumat yayıb. UPI agentliyi yazır ki, SOCAR-la müqaviləyə görə, «Technip» Qaradağ rayonundakı qaz emalı və neft kimyası kompleksində xidmət göstərəcək. Müqavilənin məbləği açıqlanmayıb.

“Bu nailiyyətimiz həm də əsas müştərilərimizdən biriylə – SOCAR-la uzun illərdir davam edən münasibətlərimizi, eləcə də «Technip»dən ötrü strateji bazar hesab edilən Azərbaycanda mövcudluğumuzu möhkəmləndirir”, – deyə “Technip”in regional prezidenti Marko Villanın bəyanatında belə deyilir.

“Technip” şirkətinin internet səhifəsində bildirilir ki, şirkət Qaradağdakı zavodda, zavoda bağlı digər obyektlərdə neft kimyası və qaz istehsalı üzrə bütün proseslərə cəlb olunaraq. Prosesin inkişafı, texniki layihələşdirmə işinə və bu işlə əlaqəli başqa proseslərə rəhbərlik edəcək.

BİR İL ÖNCƏ GETMİŞDİ

UPI agentliyi bu razılaşmanın “Technip”la “FMC Technologies” şirkətinin birləşməsindən bir ay sonraya təsadüf etdiyini qeyd edir. “FMC Technologies” sualtı qaz və neft əməliyyatları üzrə ixtisaslaşmış Amerika şirkətidir. “Technip” isə sualtı neft kəmərlərinin qurulması və universal neft-qaz infrastrukturunun inkişafı üzrə lider hesab olunur. Baş qərargahı Parisdə yerləşən şirkət 50-ə yaxın ölkədə fəaliyyət göstərir.

Düz bir il öncə– 2016-cı ilin yanvarında “Technip Maritime Overseas Ltd.” şirkəti Azərbaycandakı nümayəndəliyini bağlamış, Azərbaycanın Vergilər Nazirliyi şirkətin ölkədən getdiyini elan etmişdi.

Şirkətin Bakı nümayəndəliyi 1993-cü ildə fəaliyyətə başlamışdı.

UPI agentliyinin məlumatında Azərbaycanın regionun ən iri və qədim neft-qaz istehsalçısı olduğu, əsasən Avropa bazarına xidmət etdiyi vurğulanır. «Şahdəniz» qaz-kondensat yatağının dünyanın ən iri qaz istehsalı komplekslərindən biri olduğu deyilir.