XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 13:03

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əsasən, xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 4-9 dərəcə isti olacaq.

2017-ci il yanvarın 06-07-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.