XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 16:00

Şimal-Cənub Nəqliyyat Dəhlizi reallaşmaq üzrədir –Astara lə Rəşti birləşdirəcək körpü tamamlanır

 

simal-dehliz

İranda nəhəng dəmiryol körpüsünün tikintisi iki həftəyə başa çatacaq.

İRNA agentliyinin məlumatına görə, bu barədə İranın yol və şəhərin inkişafı nazirinin müavini Xeyrulla Xadimi  məlumat verib. O, yerli mühəndislər tərəfindən reallaşdırılan layihənin artıq yanvarın 19-da başa çatdırılacağını bildirib.

Manjil şəhərindən keçən “Sefid Rud” çayının üstündəki 1,43 kilometrlik bu körpü, Qəzvin-Rəşt dəmiryol xəttinin bir hissəsidir.  Artıq tamamlanmaq üzrə olan bu xətt, Rəştdən liman şəhəri Astaraya, ordan isə Azərbaycana keçəcək.

Qeyd edək ki, bu hissə beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsidir. Bu xətt Azərbaycan, İran və Rusiya vasitəsi ilə Şimali Avropa ilə Cənubi Asiyanı birləşdirəcək. Yəni İrandan Rusiya və Baltik limanllarına uzanan bu nəqliyyat dəhlizi ümumilikdə Fars körfəzi ilə Hindistanı birləşdirəcək.

Dəqiq desək Hindistanın Mumbay limanı ilə İranın Bəndər –Abbas limanları, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

Dəhliz istifadəyə verildikdən sonra İranla Azərbaycan arasında yükdaşıma və ikitərəfli ticarət əlaqəsi dramatik şəkildə artacaq. Belə ki, hazırda İranla Azərbaycan arasındakı 600 min tonluq illik mal dövriyyəsinin, 5 milyon tona qaldırılacağı gözlənilir. Hazırda İranla Azərbaycan arasında illik ticarət dövriyyəsi 500 milyon dollardır ki, bunun da kəskin artacağı gözlənilir.