XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 17:00

Ərdoğan:“Türkiyənin təhlükəsizliyi ölkə sərhəddindən yox, Naxçıvandan başlayır”

erdoqan-09

“Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır”.

"Report" xəbər verir ki, bu barədə Ankarada "Keçiören" metro stansiyasının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ölkədə törədilən terror aktlarından danışan dövlət başçısı heç kimin Türkiyənin birliyini və bütövlüyünü sarsıda bilməyəcəyini deyib: "Terrorçular və onlara dəstək olanlar məqsədlərinə çata bilməyəcəklər. Türkiyəni diz çökdürməyə çalışırlar. Amma türk xalqının qəhrəmancasına müqaviməti buna ən yaxşı cavabdır".

R.T.Ərdoğan növbəti dəfə ölkədə ölüm hökmünün tətbiqinin mümkünlüyünü təkrarlayaraq, parlamentin ölüm hökmü cəzasını bərpa etmək qərarına gələcəyi təqdirdə müvafiq fərmanı imzalayacağını vurğulayıb.