XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 01:18

Ağ Ev:"ABŞ-ın "İncirlik" bazasına çıxışının məhdudlaşdırılması mənfi nəticələrə gətirib çıxaracaq"

incirlik

Amerika hərbçilərinin Türkiyənin "İncirlik" bazasından istifadəsinin mümkün məhdudlaşdırılması Vaşinqtonun İŞİD terror qruplaşması ilə mübarizədə Ankaraya verdiyi dəstəyə mənfi təsir göstərəcək.

Bunu Ağ Evin mətbuat katibi Coş Ernest brifinq zamanı deyib.

"Düşünürəm ki, bizim "İncirlik"dən istifadəmizin məhdudlaşdırılması təhlükəsi göstərə biləcəyimiz dəstəyi potensial olaraq poza bilər", – deyə o bildirib.

ABŞ rəsmisi bunun baş verməyəcəyinə ümid etdiyini deyib.

Türkiyə baş nazirinin müavini Veysi Kaynak qeyd edib ki, Ankara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Türkiyənin "İncirlik" bazasında iştirakını sual altında qoyub.  (Report)