XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 10:25

“2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək” –Rövnəq Abdullayev

Rövnəq

"Belə bir böyük tədbiri Bakıda keçirdiyi üçün Beynəlxalq Cüdo Federasiyasına (İJF) minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdir".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev deyib.

İJF-nin Bakıda keçirdiyi məşqçi və hakimlərin beynəlxalq seminarına qatılan R.Abdullayev belə tədbirlərin Azərbaycanda cüdonun inkişafına təkan verdiyini bildirib: "Çalışacağıq ki, qonaqlara Azərbaycanın və ölkədə cüdonun inkişafını göstərək. Çox şadıq ki, cüdonun inkişafına dair dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdir. Bu cüdonun inkişafına təkan verir. Ölkədə 10 minlərlər insan cüdo ilə məşğul olur. Bu da idman növünün populyarlaşdığını göstərir. Artıq 3 çəkidə dünya birinciləri azərbaycanlılardır. Bu da bizə şərəf verir. İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik".

R.Abdullayev 2018-ci ildə Bakıda keçiriləcək Dünya çempionatından da danışıb: "İJF qərar qəbul edib və detallar üzərində iş gedir. 2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək. Bu da Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək. Bu səbəbdən onlara təşəkkür edirəm".