XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 10:50

Gömrükdə əməliyyat –İran vətəndaşından 110 ədəd araq aşkarlandı

bilasuvar_gomruk_mentegesi_070815

Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.

Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycanın aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda 1 litrlik araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.